Magistratura
statistika

Master School Tədris Mərkəzinin 7 fevral 2021-ci il tarixinə olan növbəti onlayn mövzu sınağına 639 nəfər qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçənlərin 508 nəfəri (79.5%) imtahana başlaya bilsə də, 131 nəfəri (20.5%) müxtəlif səbəblərdən imtahana qoşula bilməmişdir. İmtahanda iştirak edənlərin 475 nəfəri (93.5%) imtahanı yekunlaşdırsa da, 33 nəfər (6.5%) imtahanı müxtəlif səbəblərdən yekunlaşdıra bilməmişdir. İmtahan sonrası ilk üçlük aşağıdakı kimi formalaşmışdır:

Azərbaycan bölməsi üzrə ən yüksək nəticəni AĞAYEVA TURANƏ MİRAĞA qızıİMANZADƏ FƏRİD FİKRƏT oğlu göstəriblər, onlar uyğun olaraq 2 saat 24 dəq. və 2 saat 59 dəq. ərzində 95 suala düz cavab vermişdir.

İkinci ən yüksək nəticəni MƏMMƏDOV RASİM FAMİL oğlu göstərib, o, 2 saat 59 dəq. ərzində 94 suala düz cavab vermişdir.

Üçüncü ən yüksək nəticəni QULİYEVA ZƏHRA ETİBAR qızı göstərib, o, 2 saat 56 dəq. ərzində 92 suala düz cavab vermişdir.


Rus bölməsi üzrə ən yüksək nəticəni ABASOVA PÜSTƏXANIM FƏRHAD qızı göstərmişdir, o, 2 saat 47 dəq. ərzində 84 suala düz cavab vermişdir.

İkinci ən yüksək nəticəni HÜSEYNOV RUSLAN ƏVƏZOVİÇ, BAĞIROVA ZEYNƏB ƏLİŞİR qızıHACIYEV MURAD İLHAM oğlu göstəriblər, onlar uyğun olaraq 2 saat 45 dəq., 2 saat 51 dəq. və 2 saat 54 dəq. ərzində 79 suala düz cavab vermişdir.

Üçüncü ən yüksək nəticəni SÜLEYMANOVA KƏMALƏ ŞİKAR qızı göstərib, o, 2 saat 59 dəq. ərzində 78 suala düz cavab vermişdir.


Sınağın nəticəsinin digər təfərraütlarını buradan yükləyə bilərsiniz.

ƏVVƏLKİ XƏBƏR
SONRAKI XƏBƏR