İstifadə qaydaları və şərtləri

MilliSinaq.az saytının intellektual mülkiyyətindən (suallardan, cavablardan, şəkillərdən, tərtibatdan və s.) hər hansı digər mənbədə (bilik yarışmalarında, treninqlərdə, dərsliklərdə, mobil tətbiqlərdə və s.) istifadə edərkən mənbə olaraq MilliSinaq.az saytını göstərərək müəllif hüquqlarını qorumaq zəruridir. Onlayn olmayan imtahanlarda isə sual və cavablardan istifadə sərbəstdir.

MilliSinaq.az saytında onlayn imtahanlarda (quizlərdə) iştirak etdiyiniz zaman adınız, soyadınız, atanızın adı, fərdi identifikasiya nömrəniz, kontakt məlumatlarınız haqqında məlumatları toplayırıq. Biz saytda toplanan məlumatların yeganə sahibiyik və bu məlumatlar (əməliyyatın icrası üçün zəruri məlumat istisna olmaqla) hər hansı səbəblərə görə nə satıla, nə də üçüncü şəxslərə ötürülə bilər. Qeydiyyat zamanı daxil edilən şəxsi məlumatlar dəqiqləşdirilmə üçün yoxlanıla bilər, şəxsi məlumatları bilərəkdən və ya bilməyərəkdən yanlış daxil edilən istifadəçilərin (ödəniş geri qaytarılmamaqla) hesabları silinə və ya redaktə edilə bilər.

MilliSinaq.az saytı istifadəçinin şəxsi məlumatlarının qorunması üzrə tətbiq olunan məxfilik siyasətinə əməl edir. Əgər yuxarıdakı şərtlərin pozulması halı qeydə alınarsa, ödəniş geri qaytarılmamaqla istifadəçi müvəqqəti blok edilə və ya saytdan istifadəsinə qadağa qoyula, həmçinin, müvafiq qanunvericilik üzrə tədbirlər görülə bilər.

Qaydalarda dəyişiklik etməyə yalnız sayt rəhbərliyinin hüququ var. Sayt daxilində istifadəçi davranışları Azərbaycan Respublikası qanunlarına zidd olmamalıdır.